Basqalda yeni içməli su təchizatı sistemləri yaradıldı

13 Oktyabr 2023


Azərbaycanın unikal yaşayış məntəqələrindən olan, tarixi turizm potensialına malik İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli və tullantı su layihəsinin icrasını həyata keçirtdik. Qəsəbənin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix Qoruğu ərazisində yeni içməli su təchizatı sistemləri yaradıldı, qəsəbənin kanalizasiya sistemləri müasir şəkildə yenidən quruldu. İlkin mərhələdə qəsəbədə 5,7 km uzunluğunda içməli su, 6,7 km kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırıldı. Qəsəbə ərazisində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 650 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu və 2,1 km uzunluğunda kollektor da inşa edildi. Birinci mərhələ üzrə işlərin 2022-ci ilin sonunadək başa çatdırıldı.

Yeniliklərə keçid

Bizimlə əlaqə

Təklif etdiyimiz xidmətlər haqqında daha çox öyrənmək istəyirsiniz?

Əlaqə saxla