Boyama

Dəmir və poladın çürüməsinin qarşısını almaq üçün ən sərfəli yol onun boyanmasıdır.

“Buta Construction” MMC-nin Antikorroziya örtükləri zavodda sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin, təzyiqli və təzyiqsiz çənlərin antikorroziya və rənglənmə xidmətləri göstərilir.

Metal məhsullar oksigen ilə təmas etdikcə tədricən oksidləşir. Yağıntı və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir və pas əmələ gəlir. Nəticədə metalın müqaviməti qırılaraq çürüməyə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir məhsul çürüdükcə, bir müddətdən sonra yararsız hala düşür. Bunun qarşısını almaq üçün mütləq materialın oksigen ilə təmasa girməsinə mane olmaq lazımdır. Bunun üçün isə ən sərfəli yol onun boyanmasıdır.

Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə üsuludur.

Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar istifadə olunur. Boya tətbiqi təyinatına görə həm fırça, həm də boya makinaları ilə tətbiq edilir.

Layihələr

Socar Daşgil sahəsində istehsal üçün Betonlama, Elektrik-Avtomatika və digər inşaat işləri.
Layihə haqqında ətraflı

Bizimlə əlaqə

Təklif etdiyimiz xidmətlər haqqında daha çox öyrənmək istəyirsiniz?

Əlaqə saxla