Metaldan hazırlanmış bir məhsulu rəngləmədən əvvəl ilk edilməli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas, beton və boya qalıntılarından təmizlənməsidir. Bunun üçün tətbiq ediləcək ən ideal səth təmizlənməsi metodu qumlamadır. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas materialin məhz qumun olmasına görə bu texnoloji proses qumlama adlanır. Məhz bu təmizlənmənin effektiv nəticəsi keyfiyyətli boyamanın aparılmasına, boyanın səthə daha sərt yapışmasına imkan yaradır və məhsulun uzunömürlüyünü təmin edir.
Qumlama prosesi müxtəlif standartlara uyğun aparılır. Buta Construction MMC-nin zavodunda qumlama və boyama işləri sifarişçinin istəyinə uyğun olaraq SA 2 və SA 2.5 standartına uyğun təmizlənir. Qumlama prosesi metal qırıntılarıyla (drob), quru qumla (grit) vasitəsilə həyata keçirilir. Proses zamanı yüksək ixtisaslı mütəxəssislər skafandr və xüsusi uniforma geyinirlər.